
Qerbiazerbaycanaz.tv media xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Birinci Qarabağ müharibəsi şəhidi Həsənov Şakir İdris oğlunu qardaşı Həsənov Rövşən İdris oğlunun yas mərasimində iştrak edib.Yas mərasimində Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatların kollektivləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, KİV və ictimaiyyət nümayəndələri, eləcə də din xadimləri iştirak ediblər.Qeyd edək ki, Şakir İdris oğlu Həsənov 1966-cı il may ayının 24-də Ağcabədi rayonunda anadan olmuş, sonradan valideynləri ilə köçüb Tərtər şəhərinə gəlmişlər. Tərtər şəhər 5 saylı orta məktəbdə orta təhsilini başa vurduqdan sonra Elektromexanika zavodunda işləmişdir. 1984-cü il iyul ayından 1986-cı ilin may ayınadək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra Rusiyada qalıb hərbi məktəb bitirmiş və Sovet Ordusunda zabit kimi xidmət etməyə başlamışdır. 1992-ci ilin əvvəllərində könüllü olaraq Azərbaycan Ordusunda xidmət etmək üçün Vətənə qayıtmışdır. 1992-ci ilin mart ayında baş leytenant rütbəsində “Tərtər özünümüdafiə batalyonu”na döyüşçü kimi qəbul edilir. 1992-ci ilin iyun ayınadək bu batalyonun tərkibində Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak edir. 1992-ci il iyul ayında N saylı hərbi hissənin tərkibindəki xüsusi təyinatlı batalyona dəyişdirilir. Bu batalyonun tərkibində Ağdam bölgəsində döyüşlərdə iştirak etmiş və 1994-cü il yanvar ayının 28-də şəhid olmuşdur.Şəhidin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.






