İdman

Qurban Qurbanov: “Ölkə xaricindən gələn təkliflər barədə çox düşünmürəm”

“Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov ölkə xaricindən gələn təkliflər barədə çox düşünmür.

“Report”un məlumatına görə, təcrübəli mütəxssis bu barədə mətbuat konfransında bildirib.

O hər dövrün yaxşı baş məşqçiləri olduğunu söyləyib:

“Ölkə xaricindən gələn təkliflər barədə çox düşünmürəm. Sadəlövh olmağa çalışmalıyıq. Avropa planları başqadır. Klubların öz ideyaları var. Bu gün ağlımda belə fikir olsa, komandanın inamı, uğuru, sistemi pozulacaq. Hələlik Azərbaycanımızdayıq”.

Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Danimarka təmsilçisi “Kopenhagen”i məğlub edib – 2:0.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button