Cəmiyyət
Bərdə rayon F.M.Muradov adına 7 №li tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirildi.

Tədbirdə iştirak edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini Qarayev Ramin, Narkobiznesin əməkdaşı İdris müəllim, QRTİ Bərdə rayonu üzrə təhsil sektorunun mudiri Məmmədov Qurban və Bərdə şəhər F.M.Muradov adına 7 nömrəli tam orta məktəbin direktoru Mustafayeva Mehparə müəllimə yeniyetmə və gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması üçün aparılan tədbirlər barədə ətraflı məlumat verdilər. Sonda iştirakçıları maraqlandıran suallar dolğun şəkildə cavablandırıldı.
EduAz #QarabağRTİ #Məktəb #NarkomaniyayaYoxDeyək




