Xəbərlər

Qəbələdə avtomobilin vurduğu qadınlardan biri öldü

Qəbələ rayonunda vurulan iki qadın piyadanın biri ölüb.

Oxu.Az-ın məlumatına görə, oktyabrın 11-də Qəbələ şəhəri ərazisində baş verib.

Bakı şəhər sakini Rəşan İlkin oğlu Zeynalov idarə etdiyi “Hyundai Veracruz” avtomobili ilə yolu keçmək istəyən iki piyada qadını vurub. Hadisə nəticəsində hər iki qadın Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, piyada Yaqut Orucalı qızı Bəkirova orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button