Qaradağda 70 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Qaradağda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən beş nəfər saxlanılıb.
“İki sahil” xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Həmin şəxslər 33 yaşlı Məmmədəli Məmmədov, 33 yaşlı Orxan Mehtiyev, 31 yaşlı Elmar Mehtizadə, 35 yaşlı Vaqif Kərimov və 32 yaşlı Pərvin Orucovdur.
Qeyd edilib ki, onlardan ümumilikdə 70 kiloqram 875 qram tərkibinə psixotrop maddələr əlavə edilmiş narkotik vasitə marixuana aşkarlanıb.
Saxlanılanlar şəxslərin müxtəlif İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotikləri sərhədyanı bölgələrdən qazanc əldə etmək və müxtəlif ünvanlara yerləşdirmək məqsədi ilə əldə etdikləri məlum olub.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.