Cəmiyyət

Bakıdan Naxçıvana uçan təyyarədə nasazlıq yarandı

Bakıdan Naxçıvana uçan təyyarə texniki səbəblərdən gecikir.

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin 1 aprel tarixli J2261 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarəsinin uçuşu texniki səbəblərdən gecikir.

Bildirilib ki, yaranan nasazlıq səbəbindən sərnişinlər təyyarədən düşürülərək təkrar gözləmə zalına qaytarılıblar. Ayrılan başqa təyyarə ilə gecikən reysin sərnişinləri yaxın saatlarda Naxçıvana yola düşəcəklər.”Report”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button