Xəbərlər

Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzində Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair “Korrupsiyaya qarşı birgə mübarizə aparaq” adlı tədbir təşkil edib

Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzində Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair “Korrupsiyaya qarşı birgə mübarizə aparaq” adlı tədbir təşkil edib. İlk öncə “Korrupsiya nədir” adlı kiçik videoçarx təqdim edildi. Tədbiri giriş sözü ilə Bərdə rayon Mədəniyyət Mərkəzinin direktoru Gülbəs Məmmədova açaraq bildirdi ki, bu günki, tədbirimizin məqsədi korrupsiya halının yolverilməz olması haqqında məlumat vermək və bu mövzuda maarifləndirici söhbətlər aparmaqdır. Korrupsiya – dövlətin hər hansı qurumunda çalışan və ona etibar edilərək verilmiş səlahiyyətdən şəxsi mənfəəti üçün istifadə etmə halları adlanır. Korrupsiya – cəmiyyətin hər bir sahəsində inkişafı əhəmiyyətli dərəcədə zəiflədən, idarəçiliyin səmərəliliyinə zərbə vuran, hüquq və azadlıqlarının pozulmasına gətirib çıxaran, qanunun aliliyinə təhlükə yaradan, təhsilin inkişafına mane olan və digər mənfi təzahürlərə yol açan ciddi sosial bəladır. Korrupsiyanın mövcud olması milli və ümumbəşəri dəyərlərə xələl gətirməklə yanaşı, demokratik və hüquqi dövlət strukturuna zərbə vurur. Korrupsiya halları dürüstlük, ədalət dəyərlərinə ziddir və zamanla sosial inamı azaldır, cəmiyyətin rifahını təhdid edir, sosial-iqtisadi inkişafa mane olan cinayət əməli kimi qiymətləndirilir. Ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin davamlı olmasını təmin etmək, rüşvətxorluğa şərait yaradan halların qarşısının alınması məqsədi ilə islahatlar aparılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 aprel 2022-ci il tarixli Sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib. Tədbirdə Şəhid Ziyafət Balıyev adına Yeni Daşkənd kənd folklor evinin bədii rəhbəri Aqşin Hacızadə, Mirzalıbəyli kənd folklor klubunun müdiri Arzu Əliyeva, Hüseynalılar kənd klubunun mədəni-təşkilatçısı Fərhad Orucov, Bərdə şəhər 2 nömrəli klubun müdiri Brilyant Məmmədova çıxış etdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button