Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzi XIX əsr Azərbaycan aşıq şeirinin nümayəndələrindən biri Aşıq Alının 225 illiyi münasibətilə “Haqq aşığı-aşıq Alı” adlı ədəbi-bədii gecə təşkil edib.

Azərbaycan aşıq sənətinin ən parlaq simalarından biri də göyçəli Aşıq Alıdır. O, el-obada “əli qılınclı” şair adlanardı. Çünki bədahətən söz deməkdə əvəzi olmayan bu ustad aşıq sözünün çəkisi, sənətinin böyüklüyü ilə saz-söz meydanının qəhrəmanlarından biri olub.
Göyçədə və digər bölgələrdə az ailələr tapılar ki, orada Aşıq Ələsgərin ustadı olan Aşıq Alının insanlığı, bir şəxsiyyət kimi yüksək keyfiyyətləri, onun apardığı möhtəşəm məclislər barədə danışılmasın, xatırlanmasın.
Necə deyərlər, Aşıq Alı müxtəlif dövrlərdə öz şeirlərində Şeyx Alı, Təcnis Alı, Dədə Alı, Loğman Alı, təxəllüslərindən istifadə etmişdir. Lakin o, aşıq poeziyasında ancaq Aşıq Alı adı ilə şöhrətlənmişdi.
Aşıq Alı 1911-ci ildə doğma kəndi Qızılvəngdə dünyasını dəyişmişdir.









