Xəbərlər

“Çirkin qarayaxma kampaniyalar Azərbaycanın haqlı mövqeyinə kölgə sala bilməz” – DEPUTAT

Azərbaycan müstəqil və güclü dövlət kimi beynəlxalq müstəvidə öz nüfuzunu artırmaqdadır.Ölkəmiz 44 günlük Vətən Müharibəsi və ardınca həyata keçirilən 23 saatlıq antiterror əməliyyatı nəticəsində Cənubi Qafqaz regionunda yeni geosiyasi reallıqların formalaşmasına səbəb oldu. Hazırda bu proses qlobal güclərin maraq dairəsindədir.Tarixi zəfərimizdən 5 il keçməsinə baxmayaraq bir çox dövlətlər və təşkilatlar, həmçinin Avropa İttifaqı hələ də, Azərbaycanın qələbəsini və uğurlanı qəbul edə bilmir. Xocalı soyqırımının il dönümü ərəfəsində Avropa İttifaqı və Ermənistanın anti-Azərbaycan ritorikasına əsaslanan bəyanatı növbəti siyasi ikiüzlülük nümunəsidir və üzləşdiyimiz qarayaxma kompaniyasının davamıdır. Bu kimi əsassız, qərəzli və riyakar bəyanatlar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına mənfi təsir göstərir. Nikol Paşinyan administrasiyasının da eyni ittihamlarla çıxış etməsi onların da sülh danışıqlarında qeyri-səmimi olduqlarının göstəricisidir.İstər keçmiş Dağlıq Qarabağ münaqişəsi zamanı, istərsə də indiki situasiyada rəsmi Brüssel Bakı və İrəvan münasibətlərinə hər zaman xristian təsübbeşliyi prizmasından yanaşaraq Ermənistanın işğalçı və təcavüzkar siyasətini dəstəkləmişdir. Bir milyona yaxın azərbaycanlının öz tarixi torpaqlarından didərgin salınmasına və işğal faktoru ilə bağlı BMT Təhlükəsizlik Şurasınının 4 qətnaməsinə bu zamana qədər hər hansı bir hüquqi qiymət verməyən Avropa İttifaqı Qarabağdan könüllü şəkildə köç etmiş ermənilərdən ölkəmizə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə etməyə çalışır.Bütün bunlarla yanaşı, İttifaq tərəfindən Ermənistan ərazisinə yerləşdirilən 2098 nəfərlik Müşahidə-Monitorinq Missiyası Azərbaycanla şərti dövlət sərhəddində təxribat xarakterli fəaliyyətlər həyata keçir və iki ölkə arasındakı kövrək sülhə təhdid yaradır. Onların qanunsuz fəaliyyəti Ermənistan cəmiyyətində revanşist meyllərin artmasına zəmin yaradır.Mövcud reallıqlar ondan ibarətdir ki, çirkin qarayaxma kampaniyaları hər zaman olduğu kimi uğursuzluğa məhkumdur və Azərbaycanın haqlı mövqeyinə kölgə sala bilməz.

Günay AğamalıMilli Məclisin deputatı, “Ana Vətən” Partiyasının sədr müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button