Nədimə Rəhimlinin moderatorluğu ilə keçən paneldə ilk panelçi Avrasiya Araşdırma İnstitutunun rəhbəri Suat Beylur – Zəngəzur dəhlizinin Türk Dövlətləri Təşkilatı ölkələrində kultural bütövlüyə təsir imkanları və gələcək perspektivlərdən danışdı.

“Zəngəzur dəhlizi – Yeni İpək Yolunun mühüm hissəsi” beynəlxalq konfransının ilk 2 paneli dəhlizin açılmasının iqtisadi və geosiyasi əhəmiyyətindən bəhs edirdisə, III panel dəhlizin açılmasının digər əhəmiyyətli aspektlərini əhatə etdi.
Belə ki, “Vətəndaşların Sosial Rifahı Naminə” İB-nin sədr müavini Nədimə Rəhimlinin moderatorluğu ilə keçən paneldə ilk panelçi Avrasiya Araşdırma İnstitutunun rəhbəri Suat Beylur – Zəngəzur dəhlizinin Türk Dövlətləri Təşkilatı ölkələrində kultural bütövlüyə təsir imkanları və gələcək perspektivlərdən danışdı. Hüquq elmləri namizədi, Moskva Elmi Tədqiqat İnstitutunun Düşənbə filialının Humanitar məsələlər kafedrasının müdiri Farhod Mahmodshozada beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətinə hüquqi dəstəyin aspektlərindən, sonuncu panelçi Özbəkistandan QHT sədri Dona Tursunova isə dəhlizin açılmasına vətəndaş cəmiyyətinin münasibətindən və dəstəyindən geniş söz açdı.
Beynəlxalq konfrans Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi tərəfindən keçirilmişdir.



