Gündəm

Qalib Prezident-İlham Əliyev

Fevralın 7-də prezidentİlham Əliyev bu dəfə Ali baş komandan yox, prezident kimi möhtəşəm qələbə qazandı. Xalqın mütləq əksəriyyətinin İlham Əliyevə böyük inam və etimad göstərməsi qalib xalqın öz Müzəffər Liderinin ətrafında sıx birləşdiyini növbəti dəfə təsdiqlədi. Azərbaycan xalqı şanlı Zəfərin müəllifinə səs verməklə Heydər Əliyev ideyalarına sadiqlik, cənab İlham Əliyevə isə minnətdarlıq ifadə etdi. 

Cənab İlham Əliyevin “Zəfər” seçkilərində inamlı qələbə qazanması onun uğurlu siyasətinin nəticəsidir. Son 20 ilin mənzərəsi də göstərir ki, dövlət başçısı verdiyi bütün vədləri yüksək səviyyədə yerinə yetirib. Bütün sahələrdə əvəzsiz uğurlar qazanılıb. Bu gün dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan regional güc mərkəzinə – bölgənin lider dövlətinə çevrilib. Qazanılan uğurların zirvəsində isə, təbii ki, uzun müddət işğal altında qalmış torpaqlarımızın azad olunması, ölkənin suverenliyinin bərpası dayanır.

7 fevral seçkilərində xalq Müzəffər liderinə səs verməklə bütün dünyaya mesaj göndərdi ki,Azərbaycan Prezident İlham Əliyevin siyasətini dəstəkləyir və bundan sonrakı inkişafmərhələsində də liderinin yanında olacaq.

Zəfər seçkilərindən sonra qalib Azərbaycan xalqı Müzəffər Lideri İlham Əliyevin rəhbərliyi ilə, yeni zirvələr fəth edəcəkdir!- əminliklə deyə bilərik.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi

Gülöyşə Əhmədzadə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button