Dünya

Putin: Bizi Üçüncü Dünya müharibəsi ilə qorxutmağa ehtiyac yoxdur

Rusiyanın rəqibləri vəziyyəti gərginləşdirir, lakin bizi Üçüncü Dünya müharibəsi ilə qorxutmağa ehtiyac yoxdur.

“Report” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə müsahibəsində deyib.

“Çox təhlükələr var, onlar artır və biz görürük ki, düşmənimiz vəziyyəti gərginləşdirir, eskalasiyanı gücləndirir”, – Putin bildirib.

Rusiya Prezidenti rəqiblərinin gec-tez kompromisə gələcəyinə ümidvar olduğunu vurğulayıb.

“Biz bu kompromisləri axtarmağa hazırıq, lakin bu, maraqlarımıza ziyan vurmamalıdır”, – Putin əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button