Cəmiyyət

20 Yanvar: Tariximizin qanlı və şanlı səhifəsi.Bu ildən 34 il keçir.

Azərbaycan xalqı 20 Yanvar da hərbi,siyasi təcavüzə məruz qalsa da,öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək,hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi.
XX yüzillik Azərbaycan xalqının tarixinə ən qanlı hadisələrlə,faciələrlə yanaşı müstəqillik və azadlıq uğrunda mübarizə,milli oyanış və özünüdərk əsri kimi də daxil oldu.
Qan yaddaşımıza böyük faciə kimi həkk olunan 20 Yanvar müstəqillik əzmimizi,milli kimliyimizi dünyaya tanıdan gün oldu.
Bu tarix Azərbaycan istiqlalı yolunda milli məfkurəmizdən güc alan qarşısıalınmaz azadlıq istəyinin dünyaya bəyan edilməsinin başlanğıcıdır.
Xalqımızın milli mənliyinə,milli azadlıq ruhuna qarşı təcavüz olan Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini qıra bilmədi.Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar,xalqın milli azadlığı müstəqilliyi üçün yol açdılar.
Dünən,bu gün,sabah və həmişə Azərbaycan dövləti,Azərbaycan xalqı qanlı Yanvar hadisələrinin qurbanlarını və şəhidlərimizin xatirəsini hər zaman hörmətlə yad etmiş,edir və edəcəkdir.
Bu gün qürurla deyə bilərik ki,şəhidlərimizin qanı yerdə qalmayıb
Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan,İlham Əliyevin rəhbərliyinilə 44 günlük Vətən Müharibəsi nəticəsində Müzəffər ordumuz işğal altında olan torpaqlarımızı düşməndən azad edib.Bu şanlı Zəfərlə həm 20 yanvar,həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alınıb.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Uşaq Gənclər İnkişaf Mərkəzinin rəhbərlərinin dərnək üzvləri ilə 20 Yanvar-Qanlı Qərənfilli Yaddaşa həsr olunan dərnək məşğələlərindən görüntülər.

Aynürə Əyyubova:
Bərdə rayon Uşaq Gənclər İnkişaf Mərkəzi

#qanlıyanvar #unudulmazşəhidlər #qalibxalq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button