Cəmiyyət

Prezidentin qızları və gəlini “Woman Bazaar 5” festivalında – FOTO

Leyla Əliyeva “Gender Hub Azerbaijan”ın təşkilatçılığı ilə keçirilən “Woman Bazaar 5” festivalına qatılıb.

“İki sahil” xəbər verir ki, bu barədə o, rəsmi instaqram hesabında paylaşım edib.

Festivalda Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Prezidentin gəlini Alena Əliyeva da iştirak edib.

Qeyd edək ki, “Woman Bazaar 5” festivalının əsas məqsədi həssas qrup qadın sahibkarların fəaliyyətlərini gücləndirmək, dayanıqlı biznes modellərinin inkişafına töhfə vermək və ekoloji həssaslıqla istehsal edilən məhsulları təşviq etməkdir.

Festivaldan fotoları təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button