Hörmətli Həmvətənlər!

Parlament seçkilərinə artıq iki gün qalıb, odur ki, bütün namizədlərə uğurlar arzulayıram.
Əsas məsələyə toxunmaq istəyirəm, kütlənin böyük bir hissəsi deyir ki, artıq deputatlar seçilib , bir hissəsi də deyir ki, Bakıdan təyin olunub.
Gəlin bu məsələyə belə yanaşmayaq. Hər birimizin Azərbaycan vətəndaşı olaraq borcumuzdur ki, dövlət maraqlarını hər şeydən üstün tutaq. Parlament dövlətin sütunudur. Bu nə su İdarəsi , nə də işıq idarəsi deyil, ölkənin idarəedici orqanlarından biridir. Başa düşürük seçici orqandır, amma, bu işlər bir tərəfdən idarə edilməlidir , edilməsə sonu nə ilə bitəcəyi heç birimizə məlum deyil. Misal üçün xalqın nəzərinə buraxılsa, xalq gəlib ” Bayram Nurlu “nu və yaxud da ondan betərini debat seçəcək, və eyni zamanda seçdiyimiz insanın hansı mövqedə olduğunu bilməyəcyik . Bundan əmin olun , ona görə də, yuxarıdan az da olsa, nəzarət olunmalıdır və bu işi də alqışlayırıq!
Bilirsiniz adi üzdən iraq tiktoker “Baboş” ləqəbli insanı bu səviyyəyə ucaldan və ay ərzində minlərlə bul qazandıran kimlərdir?! – təbii ki, biz , vətəndaşlar . Tiktok platforması üzrə canlısında 30 – 40 min izləyicisi var və bunu izləyən kimdir?! – vətəndaşlarımız . Bəs niyə böyük kütlə bunu izləyir və başqa vətənpərvər mövzularda ,milli mövzularda canlı açanları az kütlə izləyir.
Ona görə də bu məsələlərə bu gözdən baxsaq daha yaxşı olar.
Cox yaxşı olar ki, seçkidən sonra seçilən deputatlarımızdan iş tələb edək, məsələn yaşadığımız ərazilərdə su, işıq ,telefon, yol problemləri varsa , ərazimizdən seçilən deputatdan iş tələb edək, çəkin paylaşın hörmətli deputat, səs verdik- seçildiniz , indi xahiş edirik bu problemlərin aradan qaldırılmasına köməklik edin. Bunu vətəndaşlar yazılı və video müraciət etsə , inanıram ki, problemlərin aradan qaldırılmasına seçilən deputat köməklik edər, çünki, görəcək xalq və seçildiyi dairə üzrə vətəndaşların hər biri bundan iş tələb edir , onda məcburiyyət qarşısında işləyəcək.
Müəyyən məqamlarda sizinlə də razıyam, deyirsiniz ki, seçilən deputatların çox hissəsi işləmir , tamamilə , doğru deyirsiniz , amma, bizlərin böyük bir hissəsi bunlardan iş tələb etsək, məcburiyyət qarşısında işləyəcəklər. Regionlarda olan problemlərlə maraqlanacaq. Odur ki, aktivliyi , birliyi qorumalıyıq, yenə deyirəm, deputata sən, mən yox 100 200 nəfər sosial şəbəkələr üzərindən müraciət etsə, əmin olun ki , problemlər aradan qaldırılacaq.
Yenə də hər bir namizədə uğurlar arzulayıram.
Bir ictimai siyasi fəal olaraq sözügedən məsələlərdə dövlət maraqlarını hər şeydən üstün tuturam.
Vaqif Məhəmməd oğlu.
