Siyasət

Prezident bu qanunda dəyişikliyi TƏSDİQLƏDİ

Diplomatik pasport əldə edəcək subyektlərin dairəsi genişləndirilib.

Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Pasportlar haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Belə ki, inzibati vəzifələrin birinci təsnifatına aid edilən vəzifələrin təminatlarından istifadə etmək məqsədi ilə “Pasportlar haqqında” təklif edilən dəyişikliklə Prezidentin Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavinlərini də diplomatik pasportu əldə edə biləcək subyektlərin dairəsinə daxil ediləcəklər.

Bundan başqa, “Dövlət qulluğu haqqında” qanuna dəyişikliyə görə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi vəzifəsi inzibati və yardımçı vəzifələrin birinci təsnifatına əlavə edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 5 fevral 2025-ci il tarixli sərəncamı ilə Muxtar Babayev Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button