Cəmiyyət
Pensiya alanlara ŞAD XƏBƏR

Respublika üzrə oktyabr ayının pensiya ödənişi yekunlaşıb.
Bu barədə Musavat.com-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, oktyabrın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR-də, bu gün isə ölkənin bölgələrində yaşayan şəxslərin oktyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.