Cəmiyyət

Payız gəldi…

Sentyabrın 22-si saat 22:19-da Azərbaycana payız fəsli daxil olub.

Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından BiG.AZ-a verilən məlumata görə, bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.

.
Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində yaz fəsli başlayır.

Payız fəslinin uzunluğu 89 gün 20 saat 43 dəqiqə 45 saniyə olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button