Gündəm

Kamran Əliyev onu işdən çıxardı – Yeni TƏYİNATLAR

Hərbi prokurorun müavini işdən çıxarılıb.

Bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Respublika Hərbi prokurorunun müavini Mehdi Hüseynzadə tutduğu vəzifədən azad edilib.

Onun yerinə Nihad Şixəliyev təyin olunub.

Nihad Şixəliyev buna qədər Hərbi Prokurorluqda ərizə və müraciətlər şöbəsinin rəisi olub.

Baş prokurorun daha bir əmri ilə Ağakişi Acalov Sumqayıt Hərbi prokuroru təyin edilib.

Ağakişi Acalov isə Baş Prokurorluğun istintaq idarəsində çalışıb. /Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button