Siyasət

Parlament seçkiləri ilə əlaqədar 592 nəfər partiya səlahiyyətlisi qeydə alınıb


Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar 25 siyasi partiyanın 592 nəfər səlahiyyətli nümayəndəsi qeydə alınıb.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O həmçinin qeyd edib ki, parlament seçkiləri ilə əlaqədar 50 mindən çox yerli müşahidəçi qeydiyyatdan keçib: “5 831 müşahidəçi MSK-da, 44 868 nəfər DSK-da (Dairə Seçki Komissiyaları) qeydə alınıb”.

M.Pənahov vurğulayıb ki, partiyalar siyahıları təqdim etdikdə bu say 90 mini keçəcək./Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button