İdman

Azərbaycanlı FIFA referisi Əli Cəbrayılov UEFA-dan təyinat alıb

Azərbaycanın futzal üzrə FIFA referisi Əli Cəbrayılov UEFA-dan təyinat alıb.

Oxu.Az xəbər verir ki, o, Çempionlar Liqasının ilkin mərhələsində B qrupunun oyunlarında ədaləti qoruyacaq.

Cəbrayılov avqustun 21-də gerçəkləşəcək “Fiorentino” (San-Marino) – “Amiqo Northwest” (Bolqarıstan) matçında birinci hakim olacaq.

Beynəlxalq dərəcəli hakim bir gün sonra “Fiorentino” (San-Marino) – “Minerva” (İsveçrə) görüşündə üçüncü, “Amiqo Northwest” (Bolqarıstan) – “Pro Futsal Cymru” (Uels) qarşılaşmasında ikinci hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, B qrupunun oyunları Bolqarıstanın paytaxtı Sofiyada gerçəkləşəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button