Sosial

Sosial yardımların məbləği artdı


2024-cü ilin fevral ayında orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının (ÜDSY) məbləği 18,6% artıb. 

Bu barədə Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib. 

Məlumatda bildirilir ki, ötən ilin fevral ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 410,0 manat idisə, cari ilin müvafiq dövründə bu məbləğ artaraq 486,3 manat təşkil edib. (Ölkə.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button