Hadisə

Ötən gün Azərbaycanda 11 kiloqram narkotik tapılıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 30-da ümumi çəkisi 11 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitənin 2,6 kiloqramdan artıq heroin, 5,8 kiloqramdan çox marixuana, 2,5 kiloqrama yaxın tiryək, həmçinin 86 ədəd metadon və ekstazi həbləri olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button