Orduda xidmət etmək hər bir Azərbaycanlının şərəf borcudur.

26 iyun Azərbaycan Respublikasının Silahlı qüvvələrinin yaranması günüdür.
Ümummilli lider Heydər Əliyev: “Biz bu gün böyük iftixar hissi ilə deyirik ki, Azərbaycan Respublikasının Milli Ordusu – respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və mühafizəsini təmin etmək üçün, ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarının müdafiə edilməsi üçün Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır”
Azərbaycan vətəndaşları vətənpərvərdirlər. Bunu Azərbaycan oğulları dəfələrlə öz əməli ilə sübut edib.
Hazırda gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin artırılmasında ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının rolu danılmazdır.
Gənclər təşkilatıgənclər siyasətinin strateji bölməsidir ki, onun da əsası Ulu Öndər Heydər Əliyev tərəfindən 1994-cü ildə qoyulub. Məhz bundan sonra gənclərlə bağlı həyata keçirilən bütün islahatların birində milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi məsələsi hər zaman prioritet olub.Hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət gənclərin milli şüuru və vətənpərvərlik hissinin formalaşmasında əvəzsiz rol oynayır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ,Elm Fondu ,Bilik Fondunun təsis edilməsi gənclərin vətənpərvərlik hissinin yüksəlməsi sahəsində geniş imkanlar yaradıb.
Bütün yaradılan bu imkanların qayəsində milli mənlik şüurunun inkişaf etdirilməsi dayanır.
Çeçen xalqının lideri olmuş Cövhər Dudayevin bir fikri “Azərbaycanın mentaliteti,millətinin cəsarəti,əlverişli coğrafi şəraiti,təbii sərvətləri çeçenlərdə olsaydı,mən dünyaya hökm edərdim”Azərbaycan xalqının birliyindən,onun mübarizliyindən vətənpər-vərliyindən qaynaqlanır.
Bu gün müasir gənclərin vətənpərvər ruhda yetişməsi üçün təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşür.Təhsil müəssisələri gəncləri vətənpərvər ruhda yetişdirməlidir.Bu baxımda Azərbaycan gəncləri hərbi vətənpərvərliyi ailədən başlayaraq öyrənirlər.İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə vətəni sevmək deyil.
Vətənpərvərlik həm də vətənin naminə çalışmaq,vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, vətənin, xalqın hər bir sevincinə, hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir, artır.
Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən olub.
Müasir dövrdə təhsilin qarşısında qoyulmuş fəal vətəndaşlar yetişdirmək vəzifəsi də məhz sistemli, ardıcıl aparılan vətənpərvərlik tərbiyəsinin nəticəsində reallaşdırılır. Məlumdur ki, təlim-tərbiyə işinin bütün sahələrində, istiqamətlərində olduğu kimi vətənpərvərlik tərbiyəsinin də əsası məktəblərdə qoyulur və o, sonrakı təlim pillələrində daha da inkişaf etdirilir. Bu mənada böyüməkdə olan nəslin vətənpərvərlik tərbiyəsində orta məktəb müəllimlərinin üzərinə böyük məsuliyyət düşür. Onlar məktəbə qədəm qoyan körpə fidanların qəlbində elə ilk günlərdən vətənə məhəbbət aşılamağa, onu güclü vətənpərvərlik hissinə çevirməyə çalışırlar.
Torpaqlarımız 30 ilə yaxın düşmənin işğalı altında qaldı, lakin Azərbaycan gəncliyi bununla barışmadı. Dövlətimiz bu işğalın aradan qaldırılması üçün sülh yolunu illərlə təklif etdi, qan tökülməməsi üçün danışıqlar apardı. Amma qarşı tərəfin buna məhəl qoymaması, danışıqlara deyil, təxribatlara üstünlük verməsi fonunda 27 sentyabr 2020-ci il tarixində başlayan, 44 gün davam edən müharibədə Prezident İlham Əliyevin siyasi iradəsi, Ordumuzun rəşadəti ilə Azərbaycan gəncliyi öz sözünü dedi.
Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlər zamanı gənclərimizin igidliyi barədə illər, onilliklər boyu yazılsa da bitib-tükənən deyil. Xüsusilə, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın işğaldan azad edilməsi igidliyin, cəsurluğun ən pik nöqtəsi hesab olunur.Bu baxımdan Vəzir Orucovun,Mübariz İbrahimovun,general Polad Həşimovun qəhrəmanlıq,döyüş şücaətin nümunə göstərə bilərik.Bu qəhrəmanlıq hər bir azərbaycan gəncinin qanında və irsindədir.
Ordu dövlətin müstəqiliyini, suverenliyini və ərazi bötövlüyünün qorunmasının təminatçısıdır. Ordunun tərkib hissəsinin böyük bir qismi gənclərdən ibarətdir. Müharibə dövründə Prezident İlham Əliyevin gənclərə müraciəti Azərbaycan gənclərinin üzərinə düşən məsuliyyət idi. Bu çağırışdan sonra gənclərin Vətənin müdafiəsinə könüllü olaraq qoşulması, xüsusilə ölkə xaricində yaşayan gənclərin də bu çağırışa səs verməsi tarixi qələbənin ilk qığılcımları oldu. 44 günlük müharibədə şücaət göstərərək Azərbaycanın işğal altında olan torpaqlarının işğaldan azad edilməsi Azərbaycan gəncliyinin vətənpərvər ruhda tərbiyə almasının əyani göstəricisi oldu.
Raqub Yunisov, YAP Bərdə rayon təşkilatının fəalı ,Ərazi Partiya Təşkilat sədri.