Xəbərlər

Prezidentdən Xanlar Vəliyevlə bağlı SƏRƏNCAM


Baş prokurorun müavini – Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Rüstəm oğlu Vəliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla X.Vəliyev prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu mükafata layiq görülüb. 

Qeyd edək ki, bu günlərdə Xanlar Vəliyevin 70 yaşı tamam olub. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button