Xəbərlər

Hörmətli Milli Televiziya və Radio işçiləri 6 Noyabr- Sizin gününüzdür!

Azərbaycan Radiosu Şərqdə ilk radio olaraq 06 Noyabr 1926-cı ildə “Diqqət, danışır Bakı” sözləri ilə yayımlanaraq xalqımızın milli şüurunda dərin izlər buraxmışdır. Sizlər, ilk zamanlar olduğu kimi bu gün də eyni rasional yanaşma ilə dövlətinimizin informasiya siyasətində əhəmiyyətli işlərə imza ataraq, yüksək səviyyəli fəaliyyətinizlə mədəniyyətimizin inkişafına və cəmiyyətin maariflənməsinə misilsiz töhfələr verirsiz. 44 günlük Vətən Müharibəsi zamanı hər birimiz sizlərin yüksək intellektual bacarığınızı qürurla izləyərək düşmən üzərində informasiya müstəvisində necə əzmkarlıqla qələbə qazandığınızın şahidi olduq. Məhz sizin peşəkarlığınız, yaradıcılığınız və fədakarlığınız sayəsində insanlar doğru və obyektiv məlumat əldə edirlər. Əziz Milli Televiziya və Radio əməkdaşları hər birinizi bu əlamətdar gün münasibətilə təbrik edir, yeni-yeni nailiyyətlər diləyirəm! Dərin sayğılarla,Günay Ağamalı Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.

06 Noyabr 2024-cü il.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button