GündəmXəbərlər

Bu gün Azərbaycanın görkəmli alimlərindən biri, Əməkdar elm xadimi, akademik Arif Paşayevin doğum günüdür.

Akademik Arif Paşayev uzun illərdir ki, Azərbaycan elminin inkişafında mühüm rol oynayan, xüsusilə fizika və texniki elmlər sahəsində böyük xidmətləri olan tanınmış alimdir. Onun zəngin elmi fəaliyyəti təkcə ölkə daxilində deyil, eyni zamanda beynəlxalq elmi mühitdə də yüksək qiymətləndirilir və böyük nüfuz qazanıb. Hörmətli Arif Paşayev elmi-pedaqoji fəaliyyəti dövründə yüzlərlə tələbənin yetişməsində, onlarla elmi kadrın formalaşmasında bilavasitə iştirak etmiş, gənc nəslin elmə marağının artmasında mühüm rol oynamışdır. O, çoxsaylı fundamental və tətbiqi elmi tədqiqatların müəllifi, eyni zamanda müxtəlif elmi layihələrin təşəbbüskarı və rəhbəri kimi tanınır. Alimin rəhbərliyi altında aparılan araşdırmalar Azərbaycan elminin dünya elmi məkanına inteqrasiyasında əhəmiyyətli töhfələr verib.Akademik Arif Paşayev həm də təşkilatçı alim kimi xüsusi seçilir. Onun fəaliyyəti nəticəsində elm və təhsil sahəsində yeni yanaşmalar formalaşmış, müasir elmi mühitin qurulmasına ciddi töhfələr göstərilmişdir. Dövlət tərəfindən ona verilmiş yüksək fəxri adlar və mükafatlar onun çoxillik səmərəli fəaliyyətinin, fədakar zəhmətinin bariz göstəricisidir.Bu əlamətdar gündə akademik Arif Paşayevi səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və elmi fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. Azərbaycan elmi onun kimi dəyərli ziyalıların sayəsində daim inkişaf edir və daha da güclənir.

İctimai fəal Vaqif Məhəmməd Oğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button