Gündəm

“Ermənistanın sərhəd boyu ərazilərimizi atəşə tutması sülhə mane olan təxribatdır” – DEPUTAT

“Ermənistanın sərhəd boyu ərazilərimizi atəşə tutması sülhə mane olan təxribatdır” – bunu Sonxeber.az -a açıqlama verən deputat Günay Ağamalı deyib:

“Son dövrlər Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi təxribatlar intensiv xarakter almaqdadır. Şübhəsiz ki, bu, regionda sülhə və sabitliyə ciddi təhlükə törətməkdədir.

Azərbaycan tərəfi dəfələrlə regionda davamlı sülhün və sabitliyin təmin olunması məqsədilə atəşkəs rejiminə əməl olunmasının və dövlət sərhədlərinin delimitasiyasının zəruriliyini rəsmi İrəvanın diqqətinə çatdırmışdı. Azərbaycanın regionda sülhə və əməkdaşlığa xidmət edən çağırışlarına Ermənistanın davamlı təxribatları dialoq və sülh prosesinə mane olur.

Əlbətdə, rəsmi Bakı Ermənistanın təxribatlarına yüksək səviyyədə cavab verir, adekvat addımlar atır.

Beynəlxalq ictimaiyyət regionda sülhün və əmin-amanlığın bərqərar olması üçün Ermənistana təzyiqlər göstərməli və Cənubi Qafqazda qarşılıqlı etimadın yaradılmasına xidmət edən real addımlar atmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button