
BP şirkətinin dəstəyi ilə Azərbaycan realist rəssamlıq məktəbinin banisi, böyük sənətkar Mirzə Qədim İrəvaninin anadan olmasının 200 illiyinə həsr edilən “Mirzə Qədim İrəvani: Parlaq Rənglərin İşığında” adlı kitabın təqdimat mərasimində iştirak etdik.Nəşr Azərbaycan Prezidentinin Mirzə Qədim İrəvaninin yubileyinin qeyd olunması ilə bağlı sərəncamına uyğun hazırlanıb. Kitabda sənətkarın ornamental və portret yaradıcılığı, həyat yolu, beynəlxalq muzeylərdə qorunan əsərləri, elmi araşdırmalar və tarixi mənbələr geniş şəkildə təqdim olunur.Bu cür layihələr milli mədəni irsimizin qorunmasına, tanıdılmasına və gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verir.
Günay Ağamalı Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri.
06 Fevral 2026-cı il.












