GündəmİdmanXəbərlər

Millimiz Danimarkanı məğlub etdi

Bu gün Azərbaycanın futzal millisi təlim-məşq toplanışı çərçivəsində 2-ci yoldaşlıq oyununa çıxıb. Qerbiazerbaycanaz.tv media xəbər verir ki, komanda Danimarka yığması ilə qarşılaşıb. Matç təmsilçimizin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin qollarını Fərid Abbasov, Emil Həsənzadə, Ədalət Ələkbərov və Rövşən Hüseynli vurublar.Qeyd edək ki, bu kollektivlər yanvarın 22-də də qarşılaşıblar və Danimarka millisi 4:1 hesablı qələbə qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button