İqtisadiyyat

Milli su strategiyası Nazirlər Kabinetində təsdiq mərhələsindədir

Azərbaycanda Milli Su Strategiyası hazırlanıb və Nazirlər Kabinetində təsdiq mərhələsindədir.

“İki sahil” xəbər verir ki, bunu Xəzər Su İnnovasiya Forumunda panel müzakirəsi zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Elm və İnnovasiyalar sektorunun müdiri Əliağa Əzizov deyib.

“İlk addım olaraq bu sahədə elm və innovasiya məsələsinə baxmalıyıq. İctimaiyyəti, tələbələri və müəssisələri cəlb edərək araşdırma aparmalıyıq. Bu sahədə kifayət qədər yerli ekspertimiz yoxdur. Ona görə də əlavə dəstəyə ehtiyacımız var. Bununla bağlı Niderland tərəfini də cəlb etməyə çalışırıq”, – deyə o əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button