Milli Məclisin üzvü Xanlar Fətiyev Bərdə rayonunda vətəndaş qəbulu keçirib.

Qerbiazerbaycanaz.tv media xəbər verir ki, Milli Məclisin deputatı Xanlar Fətiyev seçildiyi 98 saylı Bərdə–Tərtər seçki dairəsi üzrə vətəndaşlarla növbəti qəbul-görüşünü keçirib. Qəbul Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının inzibati binasında keçirilib. Qəbul-görüşdə vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən sosial və məişət məsələləri ilə bağlı müzakirələr aparılıb. Qaldırılan problemlərin bir qisminin yerindəcə həlli üçün müvafiq addımlar atılıb, digər müraciətlər isə nəzarətə götürülüb.Qəbul-görüsdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya iştirak edib. Vətəndaşlar keçirilən qəbul-görüşdən razı qaldıqlarını bildirərək, ölkədə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.





