Xəbərlər

Milli Məclisin üzvü Xanlar Fətiyev Bərdə rayonunda qəbul-görüşlər keçirib.

Qerbiazerbaycanaz.tv media xəbər verir ki, Milli Məclisin deputatı Xanlar Fətiyev seçildiyi 98 saylı Bərdə–Tərtər seçki dairəsi üzrə vətəndaşlarla növbəti qəbul-görüşünü keçirib. Qəbul Bərdə rayonunun Mehdili və Qaradəmirçi kəndlərində təşkil olunub.Görüş zamanı vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən sosial və məişət məsələləri ilə bağlı müzakirələr aparılıb. Qaldırılan problemlərin bir qisminin yerindəcə həlli üçün müvafiq addımlar atılıb, digər müraciətlər isə nəzarətə götürülüb.Vətəndaşlar keçirilən qəbul-görüşdən razı qaldıqlarını bildirərək, ölkədə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button