
Qerbiazerbaycanaz.tv media xəbər verir ki, 98 saylı Bərdə–Tərtər seçki dairəsi üzrə Milli Məclisin deputatı Xanlar Fətiyev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və Rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov Hüsənli kəndində Birinci Qarabağ müharibəsi şəhidi Əmirov Şahin Əhəd oğlunun ailəsində olublar.
Görüş zamanı şəhid ailəsinin sosial-məişət vəziyyəti ilə maraqlanılıb, onların qayğıları dinlənilib, dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyi vurğulanıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.


