Cəmiyyət

Milli Məclisin deputatı Xanlar Fətiyev seçicilərin problemlərini dinlədi

Milli Məclisin deputatı Xanlar Fətiyev seçildiyi 98 saylı Bərdə–Tərtər seçki dairəsi üzrə vətəndaşlarla növbəti qəbul-görüşünü keçirib. Qəbul Bərdə rayonunun Muğanlı kəndində və Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının inzibati binasında keçirilib.

Qəbul-görüsdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya iştirak edib.

Görüş zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilib. Qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə uyğun olaraq yerindəcə həll edilib, digər müraciətlər isə araşdırılması və həlli məqsədilə aidiyyəti qurumlara yönləndirilib.

Vətəndaşlar keçirilən qəbul-görüşdən razı qaldıqlarını bildirərək, ölkədə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button