Xəbərlər

Milli Məclisin deputatı Günay Ağamalının Biləsuvar rayonu, Xırmandalı kəndi, Müşfiq Abbasov adına 2 saylı tam orta məktəbdə vətəndaşlarla növbəti görüşü keçirildi.

İlk öncə müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, suverenliyimizin bərpası uğrunda canlarından keçən qəhraman şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edildi. Daha sonra Millət Vəkili qısa müddət ərzində görülmüş işlər və həllini tapmış müraciətlər haqqında görüş iştirakçılarına məlumat verdi.

Ardınca, Millət Vəkili Günay Ağamalı vətəndaşların səsləndirdiyi müraciətlər və təklifləri dinlədi, onların həlli istiqamətində zəruri işlərin görüləcəyini və qanunvericiliyin tələblərini diqqətə çatdırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button