Cəmiyyət
Milli Məclisin deputatı Günay Ağamalı Vətən müharibəsi Şəhidi Orucov Xalid Saleh oğlunun əziz xatirəsinə inşa olunan bulaq abidəsinin tikinti işlərinin gedişatı ilə yerində tanış olub, şəhidin ailə üzvləri ilə görüşərək onların fikirlərini dinləyib.

Görüş zamanı Günay Ağamalı qeyd edib ki, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsinin yaşadılması və onların şücaətinin gələcək nəsillərə ötürülməsi dövlətin və cəmiyyətin ən müqəddəs vəzifələrindən biridir. Şəhidlərin adını daşıyan bu kimi nümunəvi təşəbbüslər onların əbədiyaşar ruhuna ehtiramın bariz ifadəsidir.
Deputat həmçinin vurğulayıb ki, bu cür təşəbbüslər gənclər arasında vətənpərvərlik ruhunun güclənməsinə mühüm töhfə verir və şəhidlərin ailələrinə mənəvi dayaq olur.



