GündəmXəbərlər

Millət vəkilinin Mehriban Əliyeva ünvanladığı rəsmi bayram təbriki

AZƏRBAYCAN RESPUBLİKASININ BİRİNCİ VİTSE-PREZİDENTİ, HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ XANIM MEHRİBAN ƏLİYEVAHörmətli Mehriban xanım!Sizi Müqəddəs Ramazan bayramı və xalqımızın ruhunu, ənənələrini, milli kimliyini yaşadan Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm.Ramazan ayı insanları mərhəmətə, paylaşmağa səsləyən, mənəvi dəyərləri özündə yaşadan mübarək aydır. Ramazan bayramının ruhunuza rahatlıq gətirməsini diləyirəm. Novruz təbiətin oyanışı ilə yanaşı, insanların qəlbində yeni ümidlərin, saf niyyətlərin və gözəl arzuların canlandığı bayramdır. Bu əziz günlərin ocağınıza sevinc, istilik gətirməsini diləyirəm.Möhtərəm cənab Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətində Sizin sadiq silahdaş kimi fəal iştirakınız bu kursun uğurla reallaşmasına mühüm töhfə verir.Sizin humanizmə əsaslanan fəaliyyətiniz, cəmiyyətimizin həssas təbəqələrinə göstərdiyiniz diqqət və qayğı, həyata keçirdiyiniz sosial və mədəni layihələr xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. Səmimi və xeyirxah təşəbbüsləriniz Azərbaycan qadınının yüksək mənəvi keyfiyyətlərini ən gözəl şəkildə təcəssüm etdirir.Hörmətli Mehriban xanım!Bayramlar münasibətilə Sizi təbrik edir, möhkəm cansağlığı, ailə səadəti, fəaliyyətinizdə davamlı uğurlar arzulayıram. Qoy Ramazan və Novruzun gətirdiyi sevinc daim Sizi müşayiət etsin.Novruzun təravətlənən ruhu, Ramazanın mənəvi saflığı ölkəmizə əmin-amanlıq, xalqımıza sağlamlıq və firavanlıq gətirsin. Bayramlarınız mübarək, hörmətli Mehriban xanım!

Mehriban Əliyeva Dərin hörmət və ehtiramla, Günay Ağamalı Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri. 20 Mart 2026-ci il.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button