
07 mart 2026-cı il tarixində Milli Məclisin deputatı Günay Ağamalının Salyan rayonu, Qızılağac kəndi, Əlövsət Quliyev adına tam orta məktəbdə vətəndaşlarla növbəti qəbulu keçirildi.Görüşə başlamazdan öncə müstəqil və müasir Azərbaycanın memarı, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, suverenliyimiz uğrunda canlarından keçən əziz Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı.Görüş çərçivəsində Millət Vəkili Günay Ağamalı qısa müddət ərzində görülmüş işlər və həllini tapmış müraciətlər haqqında görüş iştirakçılarına məlumat verdi. Qəbul zamanı vətəndaşlar müxtəlif məsələlərlə bağlı müraciət və təkliflərini millət vəkilinin diqqətinə çatdırdılar. Səsləndirilən müraciətlər diqqətlə dinlənildi. Qaldırılan məsələlər üzrə qanunvericiliyin tələbləri və mövcud hüquqi mexanizmlər barədə vətəndaşlara ətraflı məlumat verildi.Müraciətlərdə əksini tapan məsələlərin həlli istiqamətində aidiyyəti dövlət qurumları ilə birgə zəruri tədbirlərin görüləcəyi bildirildi.








