Siyasət

Metyu Miller: Azərbaycan və Ermənistan arasında sərhədlərin…

ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı prosedur qaydalarının rəsmiləşdirilməsi qərarını müsbət qarşılayır.

Musavat.com xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Metyu Miller “X” (keçmiş adı ilə Twitter) hesabında etdiyi paylaşımda bu addımın davamlı dialoq yolu ilə müsbət tərəqqiyə nail olunmasının mümkünlüyünü göstərdiyini vurğulayıb.

Metyu Miller həmçinin ABŞ-ın regionda təhlükəsizlik və firavanlıq naminə davamlı və ədalətli sülhə nail olmaq üçün hər iki tərəfin səylərini dəstəklədiyini bildirib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button