Mərhum Generalımız, El Oğlumuz Rasim Musayevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.

Unudulmaz El Oğlumuz, igid və mərd Azərbaycan oğlu Rasim Musayevə Allahdan rəhmət diləyirik.
Rasim Musayev 1960-cı il 10 iyun tarixində Tərtər rayonunda anadan olmuş, əsli isə qədim Göyçə mahalının Kiçik Məzrə kəndindəndir. O, gənc yaşlarından Vətənə sədaqət, xalqa xidmət və ədalət prinsiplərini həyatının mənası hesab etmişdi.Uzun illər Daxili İşlər Orqanlarında fədakarlıqla xidmət edən Rasim Musayev, cinayətkarlığa qarşı mübarizədə qətiyyəti, idarəçilik bacarığı və yüksək mənəvi dəyərləri ilə seçilirdi. Onu tanıyan hər kəs Rasim müəllimi təkcə bir general kimi yox, həm də insanlığı, ədalət hissi və mərdliyi ilə tanıyırdı. O, ömrünü Vətənə və xalqa həsr etmiş, xidməti ilə minlərlə insana nümunə olmuşdur. Rasim Musayevin adı bu gün də hörmətlə anılır, onun xatirəsi həm silahdaşlarının, həm də bütün Azərbaycan xalqının qəlbində yaşayır.Belə oğullar unudulmur, çünki onlar Vətən torpağında iz qoyub, xalq yaddaşında əbədiyaşar olublar.
Ruhun şad olsun, qəhrəman general!
Sənin adın şərəf və qürur simvoludur!
İctimai fəal Vaqif Məhəmməd oğlu.