Cəmiyyət
05 iyun 2024-cü il tarixində Bərdə Tarix-diyarşünaslıq Muzeyində Bərdə şəhər N.Nərimanov adına 3 nömrəli tam orta məktəbinin təşkilatçılığı ilə Vətən Müharibəsi şəhidi Nadirov Rəşad Nadim oğluna həsr edilmiş tədbir təşkil edilmişdir.

Tədbirdə şəhidin ailə üzvləri, Vətən müharibəsi iştirakçısı qazi Zeynalov Şahin və digər qonaqlar iştirak edib.
Tədbirdə şəhidin həyatı və şərəfli döyüş yolundan danışılmış, şəhidə həsr olunmuş şeir, mahnı və videoçarx nümayiş olunmuşdu.
Sonda qonaqlar və məktəblilər Muzeyi ekskursiya etmişlər.












