Mehdiyevə TİBBİ EKSPERTİZA təyin olunacaq: YADDAŞINI itirib?– məsuliyyətdən yayınmaq üçün ŞOK OYUN

Ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin səhhətində problemlər yaranması barədə məlumatlar yayılıb. Oxu24.com saytı yayılan informasiyalarla bağlı dəqiq məlumat əldə etdiyini yazıb.
Mehdiyevlərə yaxın mənbənin verdiyi məlumata görə, “boz kardinal”ın son günlərdə səhhətində ciddi problemlər yaranıb. Onun tez-tez huşunu itirdiyi, yaddaşının gedib-gəldiyi iddia olunur. Hətta, ailə yaxın həkimlə də bu haqda məsləhətləşmələr aparıb. Onun azheimer xəstəliyindən əziyyət çəkdiyi iddia olunur.
Mənbə qeyd edib ki, onda bu xəstəliyin olması hələlik rəsmi təsdiqini tapmayıb. Qanunvericiliyə görə, bunun üçün məhkəmənin qərarı ilə məhkəmə tibbi ekspertizası təyin edilməlidir. Ehtimal olunur ki, Ramiz Mehdiyev bu “xəstəlik”dən istifadə edərək məsuliyyətdən yayınmaq istəyir.
Alzheimer demensiyaya səbəb olan xəstəliklər arasında ən çox görülən xəstəlikdir.
Alzheimer xəstəliyində səbəbi hələ tam olaraq başa düşülməmiş bir şəkildə beyin hüceyrələrinin daha tez ölməsindən qaynaqlanır (beyin hüceyrələrinin ölümü yaşla hər insanda olur, lakin bu proses Alzheimer xəstəliyində çox sürətli və erkən olur). Hüceyrə ölümü ilə beyin yavaş-yavaş yığılmağa başlayır və kiçilir.
Alzheimer yoluxucu xəstəlik deyil. Çox nadir olsa da (təxminən 100 xəstədən 5-i), bu xəstəliyin irsi formaları da mövcuddur.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız YAP-çı deputat Aydın Hüseynov və Ağ Partiyanın sədri Tural Abbaslıdır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/results?search_query=tv+musavat