Cəmiyyət

Martın 12-də Bərdə rayon Türkmən kənd tam orta məktəbində Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllim, şagird kollektivi və valideynlər iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nərgiz Həsənova öncə tədbir iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik edib. Qeyd edib ki, zəngin mənəvi dəyərlərimizə söykənərək, insanlar arasında qarşılıqlı hörmət, səmimiyyət və mehribanlıq münasibətlərini bərqərar edən Novruz bayramı xalqımızın əsrlərdən bəri qoyub saxladığı və həmişə əziz tutduğu bayramlardan biridir.

Tədbir şagirdlərin ifasında bir-birindən maraqlı rəqs nömrələri və Novruza həsr olunan şeirlərlə başa çatdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button