Marketlərdə satılan “Tulçinka” yağı ilə bağlı şok görüntülər yayıldı – VİDEO

Azərbaycanda marketlərdə satılan “Tulçinka” markalı kərə yağı ilə bağlı sosial şəbəkələrdə tükürpədici görüntülər yayılıb.
Musavat.com xəbər verir ki, internetdə paylaşılan kadrlarda yağın gigiyenik qaydalara zidd şəkildə yerdə tapdalanaraq yığıldığı iddia olunur. Görüntülərdə iki nəfərin böyük həcmdə yerə tökülmüş yağı ayaqları ilə tapdaladığı, daha sonra isə kürək vasitəsilə yerdən yığaraq qablaşdırmağa çalışdığı əks olunub.
Kadrlarda baş verənlərin hansı müəssisədə çəkildiyi və hadisənin konkret olaraq hansı ölkədə baş verdiyi dəqiq bilinməsə də, sosial şəbəkə istifadəçiləri bunun Ukrayna istehsalı olan və Azərbaycanda geniş satılan “Tulçinka” yağı ilə bağlı olduğunu iddia edirlər.
Qeyd edək ki, sözügedən “Tulçinka” yağı Azərbaycan marketlərində təxminən 6 manat 80 qəpik qiymətinə satışa çıxarılır və geniş istehlak olunan məhsullardan hesab edilir.