Dünya

Macarıstanın XİN başçısı Moskvaya GEDİR

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bu gün Moskvada sülhün təmin edilməsi və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edəcək.

O, bu barədə sosial şəbəkə hesabında yazıb.

“Bugünkü danışıqlarımız sülh, təhlükəsizlik, enerji təchizatı və iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı mövzuları əhatə edəcək”, – nazir yazıb.

Onun sözlərinə görə, “ABŞ-Rusiya sülh danışıqları ötən gün yeni səviyyəyə çatıb və dünya yenidən daha təhlükəsiz olub”.

P.Siyarto xatırladıb ki, üç il ərzində Macarıstan əlaqə kanallarının açıq saxlanılmasının vacibliyini vurğulayıb.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button