Dünya

Lavrov: Rusiya ilə Çin arasında münasibətlər misli görünməmiş inkişaf səviyyəsindədir

Moskva ilə Pekin arasında strateji əlaqələr misli görünməmiş inkişaf səviyyəsindədir.

APA “TASS”a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rio-de-Janeyroda keçirilən G20 sammiti çərçivəsində Çinin xarici işlər naziri Vanq İ ilə görüşündə deyib.

Lavrov vurğulayıb ki, iki böyük dövlət arasında bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq modeli digər həmfikir dövlətlər üçün cəlbedicidir.

“Bu, BRİKS-in fəaliyyətində özünü göstərir. Platformada Rusiya sədrliyinə göstərdiyiniz köməyə görə çinli dostlarıma bir daha minnətdarlığımı bildirmək istəyirəm”, – diplomat qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button