GündəmXəbərlər

Rayon rəhbəri Mamırlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon polis şöbəsinin qərərgah rəisi Ruslan Allahverdiyevlə birlikdə Həbib Hüseynov adına 238 şagirdin təhsil aldığı Mamırlı kənd tam orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, məktəbin pedaqoji və şagird kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.Əvvəlcə icra başçısı şəhidlərin adını daşıyan xatirə bulağının önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Məktəbdə tədris və təlim-tərbiyə prosesinin təşkili, maddi-texniki baza və yaradılmış şəraitlə bağlı rayon rəhbərinə məlumat verilib. İcra başçısı məktəbin pedaqoji və şagird kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.Rayon rəhbəri tədris prosesinin səmərəliliyinin artırılması məqsədilə müvafiq tövsiyələr verib, şagirdlərin dərsdən yayınma hallarına yol verilməməsinin, valideynlərlə əlaqələrin gücləndirilməsinin, valideyn komitələrinin bu işə cəlb olunmasının vacibliyini qeyd edib. Eyni zamanda gündəlik sanitar-gigiyenik qaydalara riayət olunmasının əhəmiyyəti vurğulanıb.Görüş zamanı 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı Qələbə və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsi yad edilib. Şəhidlərin həyat və döyüş yolunun gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığı bildirilib.Sonda məktəbin pedaqoji kollektivi təhsilin inkişafına göstərilən dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button