Laçın dünənin həsrəti, bu günün sevincidir.

Prezident İlham Əliyev: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak ediblər. 26 avqust – azad, abad Laçının Şəhəri Günüdür. Belə ki, Laçın şəhəri günü Prezident İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq hər il 26 avqust tarixində təntənəli şəkildə qeyd edilir. Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində 2022- ci ilin avqustun 26-da yerləşməsi ilə əlaqədardır. Avqustun 26-da Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Artıq üç ildir ki, Laçın şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı dalğalanır. Prezident İlham Əliyev “Laçın Şəhəri Günü” ilə əlaqədar keçirilən bayram tədbirində çıxışı zamanı söyləyib ki, istər bu gün, istərsə də 44 gün davam edən müharibədə sübut etmişik ki, bizim iradəmizə heç kim təsir edə bilməz: “Bütün dünyaya sübut etmişik ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Bunu biz müharibə dövründə göstərmişik, 44 gün ərzində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq göstərmişik”.
Bizə qarşı aparılan kampaniyanın, çirkin təbliğatın iradəmizə təsir edə, bizi yolumuzdan döndərə bilməyəcəyini xatırladan dövlətimizin başçısı vurğulayıb: “Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm döyüş meydanında, həm siyasi müstəvidə. Ermənistanın havadarları bunu nə qədər tez anlasalar, o qədər də Ermənistan üçün yaxşı olacaq və bölgə üçün yaxşı olacaq”. Bəli, bu qələbə, bu uğur güclü ordumuzun və mərd və əyilməz xalqımızın birliyi, gücü nəticəsində əldə olunub. Çünki Azərbaycan xalqı Liderinə inanır və 30 il davam edən torpaq həsrətinə məhz xalqımızın inandığı Qalib Lider, Ali Baş Komandan Prezident İlham Əliyev “Dəmir Yumruq” siyasəti ilə Güclü Ordumuzun qəhrəman əsgər və zabitlərinin igidliyi ilə düz 44 gündə son qoydu. Çünki ,Prezident İlham Əliyev nəyi, nə vaxt və necə etməyi özü bilir və yüksək tribunalardan, müsahibələrində, görüşlərində dəfələrlə vurğulayıb ki, nəyi, nə vaxt və necə etməyi özü bilir: “Mən nəyi, nə vaxt və necə etməyi özüm bilirəm”. Əlbətdə ki, bu gün istər işğaldan azad olunmuş torpaqlarımıhda, istərsə də regionlarımızda görülən işlər, hər bir azərbaycanlının Prezidenti olduğunu, sözü ilə əməlinin üst-üstə düşməsinin məntiqi sübutudur. “Zamanla bütün Qarabağ abadlaşacaq, buna isə heç kəs maneə ola bilməz”,-deyən Azərbaycan Prezidenti İlham Əliyev hər dəfə işğaldan azad olunmuş torpaqlara səfərləri bir daha göstərir ki, işğaldan azad olunmuş əraziləri qısa zaman kəsiyində bərpa etməsi üçün önündəki yeganə maneə zamandır. Zamanla bütün Qarabağ abadlaşacaq, buna isə heç kəs maneə ola bilməz.
Prezident, Ali Baş Komandan İlham Əliyev çıxışlarında da dəfələrlə bildirmişdir ki, bu qələbə zamanında ordu sahəsində görülən işlərin nəticəsidir: “Ona görə biz güclü dövlət yaratmışıq, mən son illərdə dəfələrlə demişdim və bax, həyat mənim sözümü təsdiqlədi ki, bugünkü Azərbaycan bütün tarix boyunca ən qüdrətli Azərbaycandır və çoxəsrlik tarixində heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır. Bizim hazırlıq işlərinin aparılmasında əsas amil xalq-iqtidar birliyi olmuşdur. Çünki bizim siyasətimiz xalq tərəfindən dəstəklənir, bizim siyasətimizə böyük inam var. Müharibə və onun nəticələri bir daha Azərbaycan xalqını əmin etdi ki, bu inamı bizə Azərbaycan xalqı bəxş etmişdir. Çünki nəyi demişiksə, onu da etmişik”.Dövlət başçısı çıxışlarında dəfələrlə vurğulayıb ki, biz cəsarət göstərdik, milli ruh nümayiş etdirdik və istədiyimizə nail olduq: “Bir daha demək istəyirəm ki, İkinci Qarabağ müharibəsi şanlı tarix kimi, şanlı qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazılıb. Azərbaycan bundan sonra müzəffər ölkə kimi yaşayacaq, Ermənistan bundan sonra məğlub edilmiş ölkə kimi yaşayacaq”.Azərbaycan xalqının bu gün də nümayiş etdirdiyi milli birlik doğma yurdlarımıza yeni nəfəs gətirir. Biz tezliklə nəinki laçınlıların, eləcə də Qarabağ və Şərqi Zəngəzur həsrəti ilə yaşayan bütün soydaşlarımızın simasında doğma yurda dönüşün sevincini görəcəyik. Vandallığa məruz qalmış ərazilərimiz bərpa olunduqca bütün keçmiş məcburi köçkünlər öz doğma evlərinə geri qayıdacaqlar.
Yap Bərdə rayon təşkilatının məsləhətçisi Əlövsət Məmmədov.
