
Qerbiazerbaycanaz.tv media xəbər verir ki, Bərdədə vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəzalı vəziyyətdə olan yaşayış binası sökülərək yerində yeni bina inşa olunur.Bərdə şəhəri Rəcəb Qurbanov küçəsində yerləşən, ötən əsrin 30-cu illərində tikilmiş çoxmənzilli kommunal yaşayış binasının texniki vəziyyəti Fövqəladə Hallar Nazirliyi və Bərdə rayon İcra Hakimiyyətinin mütəxəssisləri tərəfindən araşdırılıb.Aparılan müayinələr nəticəsində binanın istismar üçün yararsız və insan həyatı üçün təhlükəli olduğu müəyyən edilib.Bununla əlaqədar olaraq bina sökülüb və ərazidə yeni, müasir yaşayış binasının tikintisinə start verilib.Layihənin icrası Fövqəladə Hallar Nazirliyinə həvalə olunub. Yeni binanın müasir standartlara cavab verəcəyi və sakinlərin təhlükəsiz yaşayış şəraitinin təmin ediləcəyi bildirilir.




